23 may 2022 16:56
888

"Sabah" futbolçusu ilə yolları ayırdı

“Sabah” futbolçusu Slavik Alxasovla yollarını ayırıb.

"İki sahil" klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

Qeyd edək ki, Alxasov 2020-ci ilin iyul ayından "Sabah"ın üzvü idi.