Dortmund "Borussiya"sı daha bir futbolçunu transfer etdiyini açıqlayıb.
"İki sahil" klubun saytına istinadən xəbər verir ki, Almaniya təmsilçisi "Köln"dən Salih Özcanı alıb. 24 yaşlı yarımmüdafiəçi ilə 30 iyun 2026-cı ilə qədər müqavilə imzalanıb.
Qeyd edək ki, S.Özcan Almaniyanın bütün yaş qruplarından ibarət gənclər komandalarında oynayıb, 21 yaşadək komandada Avropa çempionu olub. Lakin sonra 2022-ci ilin martında debüt etdiyi Türkiyənin böyüklərdən ibarət millisində oynamağı seçib.
Azərbaycan komandası sabah pley-off mərhələsində Polşa təmsilçisi ilə qarşılaşacaq