23 may 2022 16:04
848

"Liverpul"dan yeni mövsüm üçün ilk transfer

"Liverpul" yeni mövsüm üçün ilk transferini edib.

"İki sahil" klubun saytına istinadən xəbər verir ki, Mersisayd təmsilçisi "Fulhem"in yarımmüdafiəçisi Fabio Karvalyonu heyətinə qatıb. 19 yaşlı oyunçu iyulun 1-dən "Liverpul"a qoşulacaq.

Qeyd edək ki, Karvalyo "Fulhem"in bu mövsüm yenidən İngiltərə Premyer Liqasına yüksəlməsində pay sahiblərindən biri olub. Portuqaliyalı oyunçu meydana çıxdığı 36 matçda 10 qol vurub, 8 qolun ötürməsini verib.