"Son vaxlar mənim başıma gələn hadisələr elə qərar verməyimə gətirib çıxartdı ki, sanki "Qarabağ"dan başqa heç yerdə işləmək istəmirəm".
“İki sahil” xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) “Məşqçilərimizi tanıyaq” layihəsində idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.
50 yaşlı mütəxəssis "yenidən yığmada işləyə bilərsinizmi" sualını cavablandırıb: "Buna dəqiq bir fikir bildirə bilməyəcəyəm. Hazırda "Qarabağ" mənim həyatımın vacib hissəsidir. O qədər bağlanmışam ki, başqa yerə getmək istəmirəm. Amma bizdən asılı olmayan məqamlar var ki, "yox" deyə bilmərik. Bütün gücümü Azərbaycan futboluna vermək istəyirəm. Hər halda Vətənimiz üçün xidmət edirik".
Azərbaycan komandası sabah pley-off mərhələsində Polşa təmsilçisi ilə qarşılaşacaq