23 may 2022 15:12
796

Mövsümün ən yaxşı məşqçisi seçildi

“Milan”ın çalışdırıcısı Stefano Piolo A seriyasında 2021/22 mövsümünün ən yaxşı baş məşqçisi seçilib.

“İki sahil” xəbər verir ki, bu barədə liqanın rəsmi saytı məlumat yayıb.

“Milan” 11 ildən sonra A seriyasının çempionu olub. Komanda sonuncu dəfə 2010/11 mövsümündə A seriyasının qalibi olmuşdu. 56 yaşlı mütəxəssis 2019-cu ildən “Milan”ı çalışdırır.