23 may 2022 14:25
795

O, Azərbaycan məşqçiləri üçün nümunə olub - Qurban Qurbanov

“Faiq Qarayevə çox böyük hörmətim var. O, Azərbaycan məşqçiləri üçün nümunə olub”.

“İki sahil” xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, Azərbaycan voleybolunun tanınmış məşqçisi Faiq Qarayevdən danışıb: “O, qələbə qazanmaq istəyi ilə, məşqçilik karyerası ilə hər kəs üçün örnək ola bilər. Onunla münasibətimiz yoxdur, amma daim hörmət etmişəm”.