Növbəti mövsümdən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq "Turan Tovuz" "Sumqayıt"ın futbolçusu Elvin Məmmədovla danışıqlar aparır.
“İki sahil” xəbər verir ki, bu barədə 33 yaşlı yarımmüdafiəçi məlumat verib.
O, həm klubun icraçı direktoru Nadir Nəbiyev, həm də baş məşqçi vəzifəsinə təyinatı gözlənilən Ayxan Abbasovla danışıqlarının olduğunu deyib: "Yəqin ki, 2-3 gün ərzində məsələ həlli tapacaq. Bir həftə bundan qabaqdan tovuzlu azarkeşlər zəng edib soruşurlar ki, burdasan? Danışığmız alınsa, niyə də olmasın? Canla-başla "Turan Tovuz"da oynamağa hazıram".
Qeyd edək ki, əslən Tovuzdan olan E.Məmmədov "Turan Tovuz"un yetirməsidir.
Azərbaycan komandası sabah pley-off mərhələsində Polşa təmsilçisi ilə qarşılaşacaq