Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində mayın 26-da Küveytin U-23 komandası ilə keçirməli olduğu yoldaşlıq oyunu ləğv olunub.
“İki sahil” xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. Küveyt milli komandasının Bakıya səfərinin baş tutmaması səbəbindən matç təxirə salınıb.
Azərbaycan komandası sabah pley-off mərhələsində Polşa təmsilçisi ilə qarşılaşacaq