İtaliya A seriyasınının sonuncu turunun oyunlarından sonra elitanı tərk edən 3-cü klub da müəyyənləşib.
“İki sahil” xəbər verir ki, bu "Kalyari"dir. Komanda son turda "Salernitana"ya 0:4 hesabı ilə uduzub. Bununla da 30 xalla 18-ci pillədə qalan "Kalyari" yüksək liqa ilə vidalaşıb.
Qeyd edək ki, bundan əvvəl "Cenoa" və "Venesiya"nın A seriyasını tərk edəcəyi dəqiqləşmişdi.
Azərbaycan komandası sabah pley-off mərhələsində Polşa təmsilçisi ilə qarşılaşacaq