"Milan"ın baş məşqçisi Stefano Piolinin çempionluq medalı oğurlanıb.
"İki sahil" "Football İtalia"ya istinadən xəbər verir ki, bu barədə mütəxəssisin özü məlumat verib. O, hadisənin stadionda çempionluğu qeyd etdikləri zaman baş verdiyini deyib: "Çempionluq medalım oğurlandı, kimsə onu boynumdan qopardı. Onu mənə qaytarsalar, minnətdar olaram. Çünki bu, məndə olan yeganə çempionluq medalıdır".
Qeyd edək ki, Pioli 2019-cu ildən "Milan"ı çalışdırır. Onun klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.
Xatırladaq ki, İtaliya çempionatının son turunda "Milan" "Sassuolo"nu 3:0 hesabı ilə məğlub edib tarixində 19-cu dəfə İtaliya çempionu olub.
Azərbaycan komandası sabah pley-off mərhələsində Polşa təmsilçisi ilə qarşılaşacaq