23 may 2022 05:22
731

Renatın komandası finalda uduzdu

Millimizin futbolçusu Renat Dadaşovun formasını geyindiyi "Tondela" Portuqaliya kubokunda final oyununa çıxıb.

Komanda "Portu" ilə qarşılaşıb.  3:1 hesabı ilə qalib gələn "Portu" tarixində 18-ci dəfə kubokun sahibi olub.

"Portu" - "Tondela" - 3:1
Qollar: Taremi, 21-pen (1:0), Vitinya, 52 (2:0), Borqes, 73 (2:1), Taremi, 74 (3:1)

R.Dadaşov sözügedən görüşdə iştirak edib. O, 56-cı dəqiqədə meydana daxil olub.

Qol.az