"Hər kəsi təbrik edirəm. Üstümüzdə fərqli məsuliyyət var idi".
“İki sahil” xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Qara Qarayev evdə "Neftçi"yə 4:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXVIII tur matçından sonra deyib.
30 yaşlı yarımmüdafiəçi bildirib ki, ötən il əldən verdikləri titulu qaytarmaq istəyirdilər: "Uğurlu mövsüm keçirdik. Builki kollektivimiz daha da təkmilləşib. Fərqli yanaşma oldu. Çempion olduqdan sonra məsuliyyət artır. Həm adı qoruyub-saxlamaq, həm də ölkəni avrokuboklarda təmsil etmək lazımdır. Bizə dəstək olan insanlara təşəkkürümü bildirirəm. Hər kəs əziyyət çəkdi".
Təcrübəli oyunçu öz çıxışını da dəyərləndirib: "Mənim üçün sabitlik önəmlidir. İl ərzində fərqli yüklənmələr olur. Heç vaxt oyunumdan razı olmuram. Daha yaxşısını etməyə çalışıram".
Azərbaycan komandası sabah pley-off mərhələsində Polşa təmsilçisi ilə qarşılaşacaq