21 may 2022 12:28
707

"Fiorentina" rusiyalı futbolçunun müqaviləsini ləğv edəcək

İtaliyanın "Fiorentina" klubu futbolçusu Aleksandr Kokorinlə yollarını ayıracaq.

"İki sahil" xəbər verir ki, Florensiya təmsilçisi yayda 31 yaşlı rusiyalı yarımmüdafiəçinin müqaviləsini ləğv edəcək.

Qeyd edək ki, Aleksandr Kokorin 2021-ci il yanvarın 27-də "Fiorentina"ya keçib. Onun klubla sözləşməsi 2024-cü ildə başa çatmalı idi.