31 mart 2022 12:32
506

Aquero: Yenidən futbol oynaya biləcəyimi düşünürəm

Argentina millisinin və “Barselona”nın sabiq hücumçusu Serxio Aquero yaxında futbola qayıda bilər. 

“İki sahil” xəbər verir ki, o, sport.es-ə açıqlamasında bu barədə danışıb. Aquero deyib: “Bu yaxınlarda ağlıma gəldi ki, yenidən futbol oynaya bilərəm. Həkimlər mənə dedilər ki, 5-6 ay məşq etməməliyəm, amma artıq çox istəyirəm. Yenidən məşq edə biləcəyim anı səbirsizliklə gözləyirəm". 
 
Qeyd edək ki, Aquero ötən il oktyabrın 30-da “Barselona”nın heyətində “Alaves”lə matçda (1:1) ürəyindəki problemə görə əvəzlənib və həmin vaxtdan sonra yaşıl meydanlara qayıtmayıb. O, dekabrın 15-də karyerasını bitirdiyini açıqlayıb.