“Real”ın baş məşqçisi Karlo Ançelotti koronavirusa yoluxub.
“İki sahil” xəbər verir ki, bu haqda Madrid klubunun saytı məlumat yayıb.
“El Chiringuito TV” isə bildirib ki, 62 yaşlı mütəxəssis özünütəcrid rejiminə keçdiyi üçün aprelin 2-də La Liqada “Selta” ilə görüşdə komandası ilı birgə ola bilməyəcək. Bundan başqa, onun aprelin 6-da Çempionlar Liqasının 1/4 finalının “Çelsi” ilə səfər matçına da gedə bilməyəcəyi qeyd edilib.
"Azerbaijan Open 2026" Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib