30 mart 2022 12:17
640

Karluş Keyruş Misir millisindən istefa verib

Misir millisinin baş məşqçisi Karluş Keyruş istefa verib.

“İki sahil” xəbər verir ki, buna səbəb komandanın dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməməsi olub.

Portuqaliyalı mütəxəssis seçmə mərhələnin pley-offunda Seneqala məğlubiyyətdən sonra postundan ayrıldığını açıqlayıb: “Xəyal gerçəkləşmədi. Hər şeyi etməyə çalışdıq, amma kifayət olmadı. Bütün oyunçulara və Misir Futbol Assosiasiyasına təşəkkürümü bildirirəm. Siz mənim qəlbimdə əbədi qalacaqsınız”.

Qeyd edək ki, Karluş Keyruş ötən ilin sentyabrında Misir millisinin sükanı arxasına keçib. Komanda pley-offa qədər irəliləsə də, həlledici görüşdə Seneqala penaltilər seriyası ilə məğlub olub.