Argentina millisi DÇ-2022-nin seçmə mərhələsində Ekvadorla heç-heçə edib (1:1).
“İki sahil” xəbər verir ki, argentinalılar 90+3-cü dəqiqədə qol buraxaraq qələbəni əldən veriblər.
Buna baxmayaraq, “tanqocular” məğlubiyyətsiz oyunlar seriyasını 31-ə çatdırmağı bacarıb. Bununla Argentina yığması tarixinin ən uzunmüddətli məğlubiyyətsizlik seriyası rekordunu təkrarlayıb. Cənubi Amerika təmsilçisi 1991-1993-cü illərdə də eyni göstəriciyə imza atıb.
Qeyd edək ki, Argentina millisi Cənubi Amerika zonasında ikinci yeri tutaraq dünya çempionatına vəsiqə qazanıb.
"Azerbaijan Open 2026" Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib