Niderland millisinin baş məşqçisi Lui van Qal "Ayaks"ın çalışdırıcısı Erik Ten Haqın adının "Mançester Yunayted"lə hallanmasına münasibət bildirib.
"İki sahil" xarici KİV-lərə istinadən xəbər verir ki, o, mütəxəssisin "qırmızı şeytanlar"ın yeni baş məşqçi vəzifəsinə namizədlər sırasında olması ilə bağlı deyib: "Erik ten Haq əla məşqçidir. "Mançester Yunayted" üçün yaxşı seçim olacaq. Ancaq "Mançester Yunayted" reklam klubudur. Haqın bir futbol klubuna getməsi daha yaxşı olacaq. İstəsə, mənə zəng edə bilər. Ancaq reklam klubunu yox, futbol klubunu seçməlidir".
Qeyd edək ki, Van Qal 2014-2016-cı illərdə "Mançester Yunayted"in baş məşqçisi olub.
"Azerbaijan Open 2026" Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib