Bu gün UEFA Millətlər Liqasının pley-off mərhələsində cavab oyunları keçiriləcək.
“İki sahil” xəbər verir ki, ötən mövsüm C liqasında öz qruplarını sonuncu pillədə başa vurmuş 4 komanda - Estoniya, Kipr, Moldova və Qazaxıstan D liqasına düşməmək üçün mübarizə aparacaqlar.
Qazaxıstan Moldovanı, Kipr Estoniyanı qəbul edəcək. İlk görüşdə 2:1 hesabı ilə qalib gələn Qazaxıstan üstünlüyünü saxlasa, C liqasında Azərbaycan, Slovakiya və Belarusun yer aldığı 3-cü qrupda yer alacaq. Bu cütün məğlubu isə D liqasında 1-ci qrupa düşəcək.
Kipr - Estoniya cütünün qalibi isə C liqasında 2-ci qrupda, məğlubu isə D liqasında 2-ci qrupda yer alacaq.
29 mart
18:00. Qazaxıstan - Moldova
İlk oyun - 2:1
20:00. Kipr - Estoniya
İlk oyun - 0:0
"Azerbaijan Open 2026" Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib