29 mart 2022 10:30
981

Azərbaycan – Latviya oyununun favoriti açıqlanıb

Azərbaycan millisinin Latviya ilə yoldaşlıq oyununun əmsalları açıqlanıb.

“İki sahil” xəbər verir ki, bukmeker kontorları Canni de Byazinin yetirmələrini qarşılaşmanın favoriti sayır.

Millimizin qələbəsinin əmsalı 2,28-lə dəyərləndirilir. Rəqib komandanın qalib gəlməsi 3,24-lə qiymətləndirilir. Heç-heçə əmsalı 3,14-ə bərabərdir.

Qeyd edək ki, Ta Qalidəki Milli stadionda baş tutacaq matç Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.