Azərbaycanın daha bir sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında finala yüksəlib.
“İki sahil” xəbər verir ki, 65 kq-da çıxış edən Hacı Əliyev yarımfinalda moldovalı Maksim Sakultanla üz-üzə gəlib.
Rəqibini 12:2 hesabı ilə məğlub edən 3 qat Avropa və 3 qat dünya çempionu həlledici qarşılaşmaya vəsiqə qazanıb.
"Azerbaijan Open 2026" Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib