28 mart 2022 15:48
640

Azərbaycan yığması Maltaya qalib gəlib

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Maltadakı təlim-məşq toplanışında yerli yaşıdları ilə yenidən qarşılaşıb.

“İki sahil” xəbər verir ki, yoldaşlıq görüşü Elxan Abdullayevin baş məşqçi olduğu yığmanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

U-17-nin heyətində 24-cü və 45+1-ci dəqiqədə müvafiq olaraq Əşrəf Ələkbərli və Nihad Əhmədzadə fərqlənib.

Qeyd edək ki, bu komandalar arasında martın 25-də keçirilmiş ilk qarşılaşma 2:2 hesabı ilə bitib.