Azərbaycan millisinin üzvü Bədavi Hüseynov sabah Latviya ilə keçirəcəkləri yoldaşlıq oyununu buraxacaq.
“İki sahil” xəbər verir ki, bu barədə millinin baş məşqçisi Canni de Byazi danışıb. O, oyundan öncə təşkil olunan mətbuat konfransında müdafiəçinin ayaq əzələsində problem olduğunu deyib. Bu səbəbdən De Byazi Bədavini meydana buraxmağa risk etməyəcək.
Qeyd edək ki, sabah keçiriləcək görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
"Azerbaijan Open 2026" Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib