"Çelsi"nin almaq istəyənlərin təkliflərini göndərməsi üçün son tarix məlum olub .
“İki sahil” xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. London klubunun satışında iştirak edən investisiya bankı "Raine Group" aprelin 11-dək namizədlərin təkliflərini nəzərdən keçirəcək. Qısa siyahı hazırda dörd təklifdən ibarətdir: "Zadəganlar"ı almaq istəyənlər "Chicago Cubs"un sahibi Rikketts ailəsi, "Los Angeles Dodgers"in ortağı Todd Boeli, "Atalanta"nın ortağı və "Boston Celtics"in səhmdarı Stiven Palyuki, "Philadelphia Seventy Sixers"in sahibləri David Blitzer və Coş Harrisdir.
"Çelsi"nin satın alınması vəziyyətində, yeni sahib kluba ən azı 1 milyard sterlinq sərmayə qoymalıdır.
"Raine Group" aprelin sonuna qədər ən yaxşı təklifin seçilməsi prosesini yekunlaşdırmağı və nəticəni Böyük Britaniya hökumətinə və Premyer Liqa rəhbərliyinə təqdim etməyi planlaşdırır.
"Azerbaijan Open 2026" Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib