03 mart 2022 15:30
636

UEFA prezidentindən xəbərdarlıq

UEFA prezidenti Aleksander Çeferin Avropa Superliqasının yeni layihəsinin hazırlanmasına münasibət bildirib.

“İki sahil” xəbər verir ki,  sloveniyalı futbol funksioneri turnirin yeni formatda baş tutması ideyasını növbəti dəfə pisləyib.

O, Avropa Superliqasında iştirak edəcək klublara xəbərdarlıq da edib: “Ötən il Superliqa adlı mənasız bir ideyanı həyata keçirdilər. Eyni fikri indi də müharibənin ortasında orta atıblar. Əgər hansısa klub Avropa Superliqasına qatılsa, bizim turnirlərimizdə oynamayacaq”.

Qeyd edək ki, “Yuventus”, “Real” və “Barselona” rəhbərləri ümumilikdə 20 komanda olmaqla iki diviziondan ibarət turnir təşkil etməyi planlaşdırır. Yarışın yeni formatda layihəsi bu gün təqdim ediləcək.