Azərbaycanda ilk dəfə təşkil olunan çimərlik polosu üzrə "Sea Breeze 2026" beynəlxalq turnirində növbəti yarımfinal matçı baş tutub.
“İki sahil” xəbər verir ki, Azərbaycan təmsilçisi "Elit polo club" Böyük Britaniyanın "Red Star" komandası ilə üz-üzə gəlib. Görüş Azərbaycan klubunun 9:7 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, günün ilk yarımfinal görüşündə İsveçrə təmsilçisi "Sankt Mortiz" Rusiyanın "Moscow polo club" komandasını 6:4 hesabı ilə məğlub edib.
Beləliklə, Azərbaycan təmsilçisi sabah finalda "Sankt Mortiz"lə qarşılaşacaq. Böyük Britaniya və Rusiya komandaları isə 3-cü yer uğrunda görüşdə üz-üzə gələcəklər.