Misli Premyer Liqasının V turunda "Kəpəz" Gəncədə "Qəbələ"ni məğlub edib.
“İki sahil” xəbər verir ki, matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmada yeganə qolu 64-cü dəqiqədə Viktor Stina vurub. "Qəbələ" 4 xalla turnir cədvəlində 8-ci pillədə qərarlaşıb. 6 xala malik Gəncə klubu isə 6-cı pilləyə yüksəlib.
Günün son matçında "Şamaxı" səfərdə "Sumqayıt"ın qonağı olacaq. Xatırladaq ki, turun ötən gün baş tutan açılış oyununda "Neftçi" "İmişli"ni 3:2 hesabı ilə məğlub edib. Tura sentyabrın 14-də yekun vurulacaq.