Rusiyalı iş adamı, “Çelsi”nin sahibi Roman Abramoviç klubun ona ola 1.82 milyard avro məbləğində borcunu bağışlamaq qərarına gəlib.
“İki sahil” xəbər verir ki, bu barədə 55 yaşlı rəhbər London təmsilçisinin mətbuat xidmətinə açıqlamasında danışıb. O, bildirib: “Mən borcların qaytarılmasını tələb etməyəcəyəm. Klub mənim üçün biznes və ya pul əhəmiyyətini daşımayıb. Bu, futbola və “Çelsi”yə olan sevgim ilə bağlıdır”.
Xatırladaq ki, fevralın 26-da Abramoviç klubun idarəçiliyini “Çelsi” Xeyriyyə Fondunun qəyyumlarına təhvil verib. O, martın 2-də Premyer Liqa təmsilçisini satmaq niyyətində olduğunu açıqlayıb.
Qeyd edək ki, Abramoviç 2003-cü ildən "Çelsi"nin sahibidir.