Respublikamızda “İdman həftəsi” çərçivəsində 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş bir-birindən maraqlı müxtəlif idman yarışları ara vermir. Elə idmana dövlətin əvəzsiz qayğısıdır ki, son illərdə Astara rayonunda bu sahədə əldə olan uğurlar yüksək səviyyədədir. Bu günlər isə “İdman həftəsi” çərçivəsində rayonda keçirilən yarışlara daha çox həvəskar gəlir.
Astara Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyinin keçirdiyi “İdman həftəsi” çərçivəsində mini futbol üzrə məktəblilər arasında rayon turniri futbol həvəskarları üçün olduqca maraqlı və yadda qalan başa çatdı.
Turnirin qalibi Astara şəhər 3 saylı tam orta məktəb komandası oldu. Suparıbağ kənd tam orta məktəb komandası ikinci yerə çıxdı. Gərgin yarışlara qatılan Astara şəhər 5 saylı tam orta məktəb komandası isə üçüncü yeri qazandı.
Qalib komandalara kubok, Astara Rayon Gənclər və İdman İdarəsinin diplom və mükafatları verildi.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü