"Sabah"ın baş məşqçisi Murad Musayev Rusiya "Krasnodar"ını yenidən çalışdıra bilər.
“İki sahil” xəbər verir ki, bu barədə championat.com saytı məlumat yayıb. Bildirilib ki, Rusiya Premyer Liqası təmsilçisi 38 yaşlı mütəxəssisi baş məşqçisi vəzifəsinə qaytarmaq variantını nəzərdən keçirir.
“Musayev əsas namizədlərdən biridir. Ötən gün mütəxəssis Bakını tərk etdi” - deyə məlumatda bildirilir.
Qeyd edək ki, "Krasnodar" baş məşqçisi Daniel Farke ilə yolları ayırıb.
Xatırladaq ki, M.Musayev ötən ilin oktyabrında "Sabah"la 2 illik müqavilə imzalayıb. Rus mütəxəssis 2018-2021-ci illərdə "Krasnodar"ı çalışdırıb.