03 mart 2022 14:15
804

“Çelsi”nin satışından əldə olunacaq gəlir Ukraynadakı müharibə qurbanlarına xərclənəcək

İngiltərənin “Çelsi” klubunun satışından əldə olunacaq gəlir Ukraynadakı müharibə qurbanlarına xərclənəcək.

“İki sahil” xəbər verir ki,  bu barədə London təmsilçisinin sahibi Roman Abramoviç klubun rəsmi saytına açıqlamasında bildirib.

Rusiyalı iş adamının sözlərinə görə, artıq bununla bağlı xeyriyyə fondu təsis etmək tapşırığı verib: “Fond müharibədən əziyyət çəkən insanların ehtiyaclarını ödəmək üçün kritik vəsaitlərin təmin edilməsi, eləcə də uzunmüddətli bərpa səylərinin dəstəklənməsi ilə məşğul olacaq. Klubun maraqlarına görə klubu satmaq qərarına gəldim, bu, azarkeşlərin, işçilərin, həmçinin sponsorların və tərəfdaşlarının maraqlarına uyğundur. Satış sürətləndirilməyəcək, hər şey müvafiq prosesə uyğun həyata keçiriləcək. Mən heç bir kreditin qaytarılmasını tələb etməyəcəyəm. “Çelsi”yə heç vaxt biznes kimi yanaşmamışam. Hər şey oyuna və kluba sevgimlə bağlı olub”.

Roman Abramoviç “Çelsi” klubunun səhmlərini 2003-cü ildə alıb.