03 mart 2022 11:13
704

Ukraynalı məşqçilər Rusiya klubu ilə müqaviləni pozub

Rusiyadan ayrılan ukraynalıların sayı gündən-günə artır.

“İki sahil” xəbər verir ki, daha iki məşqçi iki ölkə arasında yaşanan hərbi gərginlik ucbatından Rusiyanı tərk etmək qərarına gəlib.

Bunlar “Axmat”ın məşqçiləri Stanislav Qonçarenko və Pavel Dubkodur. Məşqçi-analitik və fizioterapevt klubun da razılığı ilə müqaviləyə xitam veriblər.

Onlarla yanaşı, ukraynalı yarımmüdafiəçi Artyom Polyarusun da tezliklə “Axmat”dan getməsi gözlənilir. O da bununla bağlı rəhbərliyə məlumat verib.