02 mart 2022 17:03
1086

Konte: Belə oyunlarda rəqibi əvvəlcədən “öldürmək” lazımdır

"Tottenhem"in baş məşqçisi Antonio Konte İngiltərə kubokunun 1/8 finalında "Midlsbro"ya məğlubiyyəti (0:1) şərh edib.

"İki sahil" Britaniya mətbuatına istinadən xəbər verir ki, o, matçla bağlı deyib: “Əlbəttə, nəticə o qədər də yaxşı deyil və biz məyusuq. Belə oyunlarda rəqibi əvvəlcədən “öldürmək” lazımdır. Onlara ümid versəniz, oyun irəlilədikcə inam qazanacaq və təkmilləşəcəklər. Sonra hər şey ola bilər.

İlk növbədə onu deyim ki, “Midlsbro” yaxşı oyun keçirdi. Onlar hörmətə layiqdirlər, rəqibi qələbə münasibətilə təbrik etmək istəyirəm. Biz öz oyunumuzu, göstərdiyimiz səviyyəni düşünməliyik. Bu oyunlarda, səfər matçlarında görüşün nəticəsini əvvəlcədən həll etməyə çalışmaq lazımdır".

Qeyd edək ki, "Tottenhem" Çempionşip təmsilçisinə uduzaraq turnirdə mübarizəni dayandırıb.