“Tottenhem”ın baş məşqçisi Antonio Konte Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə münasibət bildirib.
"İki sahil" "Reuters"ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis bununla bağlı deyib: “Bu, çox acınacaqlı vəziyyətdir. Biz 2022-ci ildə yaşayırıq və düşmənçilikdən danışmaq inanılmazdır. Bu barədə düşünmək axmaqlıqdır. Bizə insanların ölümü yox, sülh lazımdır. Ona görə də bu münaqişənin səbəbkarı olan insanların axmaqlığına qarşı bir araya gəlmək lazımdır".