01 mart 2022 11:19
1037

"Arsenal"dan rekord məbləğdə itki

"Arsenal" ötən ilin maliyyə hesabatını açıqlayıb.

"İki sahil" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, son maliyyə ilində London təmsilçisi 107 milyon funt-sterlinq itki ilə üzləşib. Bu isə klubun tarixində rekord məbləğdə itkidir. Buna səbəb koronavirus səbəbindən azarkeşlərin uzun müddət tribunalara buraxılmamasıdır.

Xatırladaq ki, hazırda Mikel Artetanın rəhbərliyi "Arsenal" İngiltərə çempionatında 6-cı pillədə qərarlaşıb.