İngiltərənin "Çelsi" klubunun sahibi Roman Abramoviç Belarusun paytaxtı Minskdə Ukrayna və Rusiya arasında keçirilən danışıqlar prosesində iştirak edir.
“İki sahil” xəbər verir ki, bu barədə rusiyalı jurnalist Kseniya Sobçak özünün teleqram kanalında məlumat paylaşıb.
Onun sözlərinə görə, 56 yaşlı iş adamı münaqişənin həlli üçün tərəflərlə danışıqlar aparır.
Qeyd edək ki, Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.