“Barselona”nın baş məşqçisi Xavi Ernandes La Liqanın son turunda “Atletik”i məğlub etdikləri matçda baxımlı oyunu ilə yadda qalan Pedri haqda danışıb.
“İki sahil” xəbər verir ki, 42 yaşlı mütəxəssis gənc oyunçunun ona keçmiş komanda yoldaşı Andres İnyestanı xatırlatdığını deyib: "Onun əsas xüsusiyyəti oyunu necə başa düşməsi, xətlər arasında necə getməsi, oyunu necə açmasıdır. O, mənə Andres İnyestanı xatırladır. Əla oyunçudur. Mən onun kimi bir neçə istedad görmüşəm”.
Qeyd edək ki, 19 yaşlı yarımmüdafiəçi bu mövsüm La Liqada 7 oyuna 1 qol vurub, 1 qol ötürməsi edib.