Bu gün Azərbaycan Premyer Liqasında 17-ci turu çərçivəsində "Sumqayıt" doğma meydanda "Qəbələ"ni qəbul edib.
“İki sahil” xəbər verir ki, Vüqar Həsənli, Eyyub İbrahimov, Rəhman İmami və Fərid Hacıyevdən ibarət hakimlər briqadasının idarə etdiyi matçın 2-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Rafael Utziq topu ev sahiblərinin qapısından keçirib. 39-cu dəqiqədə Ruan Renato qonaqların ikinci qolunu vurub. Qarşılaşmanın 41-ci dəqiqəsində fərqlənən Rövlan Muradov hesab arasındakı fərqi 3 topa çatdırıb. 68-ci dəqiqədə isə Murad Musayev fərqlənərək “Qəbələ”nin üstünlüyünü 4 topa çatdırıb.
Qarşılaşma bu hesabla da başa çatıb.
27 fevral (bazar)
19:15. “Sumqayıt” 0–4 “Qəbələ”
Qol: Rafael Utziq, 2, Ruan Renato, 39, Rövlan Muradov, 41, Murad Musayev, 68
Hakimlər: Vüqar Həsənli, Eyyub İbrahimov, Rəhman İmami, Fərid Hacıyev
“Kapital Bank Arena”