Rusiyanın "Spartak" (Moskva) klubu Almaniya "Leyptsiq"inə qarşı UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununu Bakıda keçirə bilər.
“İki sahil” xəbər verir ki, bu barədə Moskva təmsilçisinin Mətbuat Xidmətinin rəhbəri Dmitri Zelenov "Championat" nəşrinə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, Bundesliqa təmsilçisi ilə oyun üçün prioritet məkan Bakıdır: "Biz UEFA-dan olan həmkarlarımızla bu variant üzərində işləyirik. Həftənin əvvəlində məsələ ilə bağlı konkret məlumat gözləyirik".
Qeyd edək ki, komandalar arasındakı ilk görüş martın 10-da Almaniyada olacaq. Cavab qarşılaşması isə martın 17-də gerçəkləşəcək.