Braziliyalı futbolçu Vitao "Şaxtyor" (Donetsk) klubu ilə müqaviləni ləğv etmək istəyir.
“İki sahil” xəbər verir ki, 22 yaşlı müdafiəçi bununla bağlı FIFA-ya müraciət ünvanlayıb.
Vitao ilə yanaşı onun bir neçə həmyerlisi də yaxın vaxtlarda analoji addımlar atmağı planlaşdırır.
Qeyd edək ki, Vitaonun "Şaxtyor"la müqaviləsi 2024-cü ilin yanında başa çatmalıdır. Oyunçu 2019-cu ilin sentyanbrında Donetsk təmsilçisinə keçib.