25 fevral 2022 16:45
920

Akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı başa çatıb - FOTO

Fevralın 25-də Bakı Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı başa çatıb.

“İki sahil” xəbər verir ki,  yarışlar iki gün davam edib.

Qeyd edək ki, fevralın 24-25-də Milli Gimnastika Arenasında keçirilən akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatında “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi, “Neftçi” İdman Klubu, Sumqayıt Olimpiya İdman Kompleksi və Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbini 41 idmançı təmsil edib.

İki günlük yarışlarda qadın cütlükləri (balacalar - 2007-2016; yeniyetmələr - 2004-2010; böyüklər - 2007-ci il və daha böyük), kişi cütlükləri (yeniyetmələr - 2004-2010; böyüklər - 2007-ci il və daha böyük), qarışıq cütlüklər (yeniyetmələr - 2004-2010; böyüklər - 2007-ci il və daha böyük) və qadın qrupları (balacalar-2007-2016; yeniyetmələr-2004-2010; gənclər-2003-2009) medallar uğrunda çoxnövçülükdə mübarizə aparıb.

Yarışlar Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilib.