“Marsel” ikinci qolu vurdu. Matçın 77-ci dəqiqəsində Mateo Gounduzi fərqlənir.
***
Oyunun 33-cü dəqiqəsində İbrahima Vadji “Qarabağ”ın qolunu vurdu.
***
Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov rəqib futbolçuların İbrahima Vadjinin qolu əllə vurmasından sonra futbolçusunu yanına çağırıb.
O, futbolçusuna qolu əllə vurduğunu soruşub. İbrahima Vadji əl ilə fərqləndiyini etiraf edib və Qurbanov ona bunu hakimə deməsini bildirib.
Nəticədə qol sayılmayıb.
***
Birinci hissə başa çatdı.
***
12-ci dəqiqədə rəqibin heyətində Pap Quye hesabı açıb.
***
Ağdamın "Qarabağ" futbol klubu Tofiq Bəhramov adına Respublika stadionunda Fransanın "Marsel" klubu ilə qarşılaşır.
“İki sahil” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 21:45-də başlayıb.
Xatırladaq ki, UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində klubların ilk oyunu fransızların 3:1 hesablı qələbəsi ilə yekunlaşmışdır.