24 fevral 2022 17:43
653

Karl-Erik Nilson: Rusiya millisi ilə oynamağa həvəs yoxdur

İsveç Futbol Assosiasiyasının prezidenti Karl-Erik Nilson bildirib ki, DÇ-2022-nin pley-off mərhələsində Rusiya ilə oyun keçirməkləri mənasızdır.

“İki sahil” xəbər verir ki, o, Ukrayna ilə Rusiya arasında başlanan müharibədən narahatlığını ifadə edərək deyib: “Bu, yalnız mümkün ssenaridir. Bu gün səhər oyananda məndə belə ovqat yarandı ki, bir ay sonra Rusiya ilə oyun keçirməyimiz ağla sığmır. Bu gün üçün ümumiyyətlə, Rusiya millisi ilə oynamağa heç bir həvəs yoxdur. 

Biz mənən ukraynalı dostlarımızın yanındayıq. Onların düşdüyü vəziyyət dəhşətlidir. Futbol indi belə cəhənnəmdə danışılmalı son şeydir”.

Xatırladaq ki, DÇ-2022-nin “pley-off”unun yarımfinal mərhələsində İsveç Çexiya, Rusiya isə Polşa ilə qarşılaşacaq. Bu cütlüklərin qalibi DÇ-2022-yə vəsiqə üçün finalda görüşəcəklər.