Azərbaycanda "Standart", "İnter"(indiki "Keşlə") və "Simurq" klublarında oynamış Baçana Sxadadzenin yeni iş yeri müəyyənləşib.
“İki sahil” xəbər verir ki, o, ölkəsi Gürcüstanın "Rustavi" klubunun idman direktoru təyin edilib. Bu barədə 1-ci divizion təmsilçisinin saytı məlumat yayıb.
Qeyd edək ki, Baçana son olaraq 2019-cu ildə Fransada "Bastiya"sında oynayıb. O, "İnter"də (indiki "Keşlə") 2009-2015-ci illərdə baş məşqçi olmuş Kaxaber Sxadadzenin oğlududur.