23 fevral 2022 15:19
803

Sergey Yuranın yeni klubu

Rusiyanın "Ximki" klubunun yeni baş məşqçisi müəyyənləşib.

"İki sahil" Premyer Liqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı Sergey Yuran çalışdıracaq. 52 yaşlı mütəxəssislə 1.5 illik müqavilə imzalanıb.

Rusiyalı çalışdırıcı 2008 və 2020-ci ildə də "Ximki"nin baş məşqçisi olub.

Xatırladaq ki, S.Yuran 2011/12-ci mövsümündə Zaqatalanın “Simurq” klubunu çalışdırıb.