23 fevral 2022 14:18
736

“Yuventus”un futbolçusu üçün mövsüm bitdi

“Yuventus”un futbolçusu Ueston Makkenni zədələnib.

"İki sahil" “Football Italia” nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi  Çempionlar Liqasının 1/8 final mərhələsinin “Vilyarreal”la ilk oyununda (1:1) zədələnib.

Futbolçu 81-ci dəqiqədə əvəzlənib və xəstəxanaya aparılıb. Makkenninin sol ayağının iki sümüyündə sınıq aşkarlanıb. Bu səbəbdən onun mövsümün sonuna qədər meydana çıxa bilməyəcəyi bildirilib.