23 fevral 2022 10:06
696

Eyni rəqiblə ikinci oyun

Bakıda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq oyununu keçirəcək.

“İki sahil” AFFA-ya istinadən xəbər verir ki, millimiz hazırlıq çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri komandası ilə qarşılaşacaq. “Dalğa Arena”da keçiriləcək oyun saat 14:00-da başlayacaq. CBC Sport televiziya kanalı vasitəsilə canlı yaymlanacaq qarşılaşmanı idarə edəcək hakimləri nəzərinizə çatdırırıq:

Eyni rəqiblə ikinci oyun

Baş hakim: Fəridə Lütfəliyeva

Baş hakimin köməkçiləri: Sevda Nuriyeva, Gülnurə Əkbərzadə

Dördüncü hakim: Kamran Əliyev