"Yuventus"un futbolçusu Leonardo Bonuççi Çempionlar Liqasının 1/8 finalında "Vilyarreal"la cavab oyun öncəsi açıqlama verib.
"İki sahil" "El Pais"ə istinadən xəbər verir ki, o, açıqlama zamanı komandanın sabiq hücumçusu Kriştiano Ronaldo ilə hazırkı forvard Duşan Vlahoviçi də müqayisə edib: “Vilyarreal" ilə oyun çox çətin olacaq. Onlar yaxşı futbol oynayır və təcrübəyə malikdir, lakin Duşan rəqiblər müdafiə olunarkən topu saxlaya bilən oyunçudur.
Daha da yaxşılaşmaq üçün vaxt lazımdır. Kriştiano ilə hər oyuna 1:0 hesabı ilə öndə başlayırdıq. Enerjisini bütün oyunçulara ötürürdü. Onu klassik mərkəz hücumçusu olan və hələ çox gənc olan Vlahoviçlə müqayisə etmək olmaz”.