PSJ-nin və Braziliya millisinni futbolçusu Neymar yığmadakı karyerası barədə danışıb.
"İki sahil" “Marca”ya istinadən xəbər verir ki, 29 yaşlı hücumçu millinin bombardiri olmaq istədiyini deyib: “Milli komandanın bombardiri olmaq mənim üçün böyük şərəf olardı. Təbii ki, bu mənim şəxsi məqsədlərimdən biridir. Mən bombardir olacağıma ümid edirəm. Pelenin rekordunu qıra bilərəm. O, Braziliyada hamı üçün kumirdir”.
Qeyd edək ki, Neymarın Braziliya yığmasında 116 oyuna 70 qol vurub və bombardirlər siyahısında 2-cidir. Rekord isə 92 oyunda 77 qol vuran əfsanəvi futbolçu Peleyə məxsusdur.