22 fevral 2022 02:57
780

Öz qapısına het-trik - VİDEO

31 dəqiqədə öz qapısına het-trik etdi: Qadın futbolçunun başına gələn kuryoz hadisə - VİDEO

“İki sahil” xəbər verir ki, futbol üzrə qadınlardan ibarət Yeni Zelandiya millisinin futbolçusu Meykala Mur ABŞ millisi ilə oyunda öz qapısına üç qol vurub.

Onun het-triki “ideal” adlandırılıb. Belə ki, 25 yaşlı futbolçu öz qapısından həm sol, həm sağ ayağı, həmçinin başla top keçirib. M.Mur qarşılaşmanın 5, 6 və 36-cı dəqiqələrində avtoqol müəllifi olub. O, ilk hissənin sonunda əvəzlənib.

Qarşılaşma 0:5 hesabı ilə ABŞ millisinin qələbəsi ilə nəticələnib.